Modern.az

İŞİD ABŞ-dakı terrora görə məsuliyyəti üzərinə götürüb

İŞİD ABŞ-dakı terrora görə məsuliyyəti üzərinə götürüb

Aktual

30 Noyabr 2016, 00:58

İŞİD terror təşkilatı ötən gün ABŞ-ın Ohayo Universitetinə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 "Report" xəbər verir ki, bu barədə terrorçularla əlaqəli olan "Amaq" saytına istinadən AFP məlumat yayıb.

 

Məlumata görə, hücum edən İŞİD-in "əsgərlərindən biri" olub. Hücum terrorçuların "beynəlxalq koalisiyaya daxil olan ölkələrin sakinlərinə hücum edin!" çağırışına cavab olaraq edilib. Hücum edən şəxs universitetin Somali əsilli tələbələrindən biri olub.

 

İnsident nəticəsində 8 nəfər xəsarət alıb. O, asayiş keşikçiləri tərəfindən öldürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI