Modern.az

Bakı metrosunda İNTİHAR: özünü qatarın altına atdı

Bakı metrosunda İNTİHAR: özünü qatarın altına atdı

Aktual

30 Noyabr 2016, 10:06

“Bu gün saat 09:20 dəqiqədə bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb”.

 

Bu haqda Modern.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, intihara cəhd edən 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur”.

N.Paşayevin sözlərinə görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub:

 

“Qatar dərhal dayandırılıb, xətdən gərginlik götürülüb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb.. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI