Kuba inqilabının lideri Fidel Kastronun ölümündən əvvəl onun qızı, 1993-cü ildə ABŞ-dan sığınacaq alan Alina Fernandes kubalı yazıçı Vendi Qerroyla söhbət edib.
Modern.az xəbər verir ki, müsahibə 3 il əvvəl Mayamidə yazılıb, o vaxt Alinanın 57 yaşı olub.
“Liberation” qəzeti komandante öləndən sonra onu çap edib.
Alina Fernandes 1956-cı ildə anadan olub. Vendi Qerra qadının portretini - erkən yaşlarında, həmin Fidel Kastronun qızı olduğunu biləndən sonra keçirdiyi sarsıntıları göstərmək istəyib.
Alina inqilaba qədər doğulub: “Mən sizə yaşımı açıqlayıram, bu bağışlanan səhv deyil, - o, deyir. – Biz Havanada böyük bir evdə yaşayırdıq, orada 7 otaq vardı, buna görə biz orta təbəqə hesab olunurduq, işimiz vardı. Mənim anam neft şirkətində işləyən kardioloqOrlando Fernandes Ferreroda ərdəydi”.
Alina söyləyir ki, Orlando Fernandesi sevirdi: “O, bilirdi ki, mən onun qızı deyiləm.
Hər şey televizordakı saqqallınin bizim evə gəlişindən sonra dəyişdi. Mənim həyatım dəyişdi və sürətlə ölkənin həyatı dəyişdi”.
Alinanın sözlərinə görə, Fidel Kastro istəyirdi ki, bacısını həkim Fernandesin yanında qoyaraq anası onunla birgə yaşasın. Belə də olur.
Fidelin portretləri məktəbdə hər yerdə asılıdır, onun adı uşaq mahnılarında çəkilirdi.
“Sinif yoldaşlarınızla Fidelin sizə baş çəkdiyi haqda danışırdınızmı?” – Vendi Qreea soruşur.
“Onlar elə belə də bilirdilər. Bir neçə həftə sonra hamı bildi ki, Fidel mənim atamdır. Hamı bilirdi, təkcə məndən başqa. Mən günahkar uşaq olmamışam. Mən evdə nə deyiblərsə, onu təkrarlamışam. Biz mikado oynayırdıq. O, çox yumşaq adam idi. zamanın qəhrəmanı”.
Alinanın yalnız 10 yaşı tamam olanda anası ona hər şeyi olduğu kimi danışır.
“Bu məni təəccübləndirmədi. Uşaqlar nə baş verdiyini çox yaxşı hiss edirlər, onların bu instinkti var. Bu məni sakitləşdirdi. O, (Fidel Kastro) tez-tez gəlməyə başladı. Hansısa söz-söhbətə gəldikdə, bunlar olmayıb...
Yalnız yeniyetmə yaşılarında bu münasibət problemə çevrildi. 50-ci illərdə soyad dəyişmək mümkün deyildi. Bunun üçün ailə məcəlləsinə dəyişiklik edilib ki, bu dəyişiklik mümkün olsun. Mən Kastronun adını götürməkdən imtina etdim. Hiss etdim ki, həkim Orlandoya daha yaxınam. Sonradan bacımla əlaqəmizi bərpa edəndə, nə qədər haqlı olduğuma inandım”.
Alina söyləyib ki, nənəsi Fideli “iblis” adlandırıb, amma onu öz anası sevirdi: “O, qayıdanda, gözləri parıldayırdı”.
Fidel Kastronun qızının sözlərinə görə, komandantenin ailəyə bağlılığı yox idi, bunu Raul yerinə yetirirdi: “O, onunla Fidelin digər uşaqlar arasında əsl bağlayıcı vasitə idi”.
“Mən onsuz böyümüşəm. Məndə onun telefon nömrəsi olmayıb, həmişə kömək üçün üçüncü şəxsin yanına qaçmışam ki, onunla əlaqəm olmasın. Mən çox tez başa düşdüm ki, o, riyaziyyat tapşırıqlarını başa sala bilməyəcək, çünki bu gecə saat ikidə həll edilmir”.
“Nə zamansa Kubaya qayıdacağam, mən başqa hara gedə bilərəm... Bu mənim ölkəmdir”, - Alina deyib.
“Siz ona “papa” deyib çağırmısınızmı?” – Qerra soruşur.
“Mən ona Fidel deyirdim”, - Alina bildirib.
Modern.az