Modern.az

Azərbaycanda İİV-ə ən çox yoluxanlar: məhbuslar, homoseksuallar...

Azərbaycanda İİV-ə ən çox yoluxanlar: məhbuslar, homoseksuallar...

Aktual

30 Noyabr 2016, 11:59

“Azərbaycanda  İİV-ə yoluxma halları arasında 4 əsas risk qrupu var. Bunlar məhbuslar, homoseksuallar, seks biznes işçiləri, inyeksiyon yollarla yoluxanlardır”.

Modern.az xəbər verir ki, bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

 

Şöbə müdirinin sözlərinə görə, ötən il bu 4 risk qrupu arasında monitorinq keçirilib:

“Monitorinq nəticəsində onların arasında QİÇS-ə yoluxma halının azaldığı müşahidə edilib”.

 

N.Zülfüqarov deyib ki, uşaqlar risk qrupundna çıxarılıb:

“2011-ci ilə qədər QİÇS-ə yoluxma ilə bağlı küçə uşaqları risk qrupuna daxil idi. Lakin biz küçə uşaqları arasında kəşfiyyat epidomoliji nəzarət tədbiri həyata keçirdik. Onlar arasında HİİV-ə yoluxma halı müəyyən edilməyib. Ona görə də bis küçə uşaqlarını risk qrupundan çıxarılıb”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI