Modern.az

İşsizlikdən icbari sığorta sistemi yaradılacaq

İşsizlikdən icbari sığorta sistemi yaradılacaq

Aktual

30 Noyabr 2016, 12:25

“Sosial siyasət diqqət mərkəzində saxlanılacaq. Məşğulluğun təmini əsas hədəf olaraq qalacaq. İşsizlikdən icbari sığorta sistemi yaradılacaq. Aktiv əmək bazarı proqramlarını genişləndirilməsi Dövlət Məşğulluq Xidmətinin əsas prioritetlərini təşkil edəcək”.

 

Modern.az-ın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

 

O bildirib ki, ipəkçiliyin və pambıqçılığın inkişafı üçün bu sahələrdə 13-ə yaxın xüsusi proqram hazırlanır. “Bunların əmək tutumluğunu nəzərə alaraq, ölkədə məşğulluğun artırılmasına öz töhfəsini verəcəyini gözləyirik”.

 

Nazir müavininin görə, 2017-də iqtisadi artımın 1% növbəti illərdə 2%-dən yuxarı olacağı  proqnozlaşdırılıb.

 

“Hasilatın aşağı salınması ilə neft sektorunun 2,1% azalacağı, 2,5% qeyri-neft sektorunu artımı nəzərdə tutulub”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI