Hesablama Palatasının 2017ci ilin dövlət büdcə layihəsi ilə bağlı hazırladığı rəydə mübahisə doğuran detallar ortaya çıxıb.
Modern.az-ın xəbərinə görə, bunu Millim Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 2017-ci il büdcə zərfinin müzakirəsi zamanı Hesablama Palatısının sədri Vüqar Gülməmmədovun büdcə ilə bağlı hazırladığı rəyə mövqeyini açıqlayarkən deyib.
O bildirib ki, Palatanın hazırladığı rəydə obyketiv məqamlarla yanaşı, mübahisə doğuran məsələlər də var:
“Ona görə də Hesablama Palatasının üzvləri ilə bu məsələni ayrıca müzakirə etməyə ehtiyac var. Biz oturub bir daha rəyə baxmalıyıq”.
Ziyad Səmədzadə bildirib ki, Azərbaycanın büdcəsini hazırlayan dövlət qurumlarının rəhbərləri kifayət qədər xalq qarşısında məsuliyyətini dərk edərək büdcəni beynəlxalq standartlara uyğun hazırlayıblar:
“Son 1-2 ildə dünya iqtisadiyyatında yaranmış qlobal iqtisadi böhrana görə uzun illər büdcə zərfinin hazırlanması istiqamətində formalaşan təcrübəyə kölgə salmaq yanlışlıqdır. Bu baxımdan uzun illər ölkəmizin inkişafına xidmət edən büdcənin formalaşdırılmasına çalışanların əməyini yaddan çıxarmamalıyıq”.
Ağa AKİFOĞLU