Modern.az

Deputat Rəqabət Məcəlləsinə görə hökuməti tənqid etdi

Deputat Rəqabət Məcəlləsinə görə hökuməti tənqid etdi

Aktual

30 Noyabr 2016, 12:44

“10 ilə yaxındır ki, Azərbaycanda Rəqabət Məcəlləsi qəbul edilmir. Mən iqtisadiyyat nazirinin müavini Sevinc xanımdan da bunu soruşdum. Amma hökumət bu məsələdə hələ də addım atmır”.

 

Modern.az-ın xəbərinə görə, bunu deputat Vahid Əhmədov 2017-ci il dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Rəqabət Məcəlləsini hökumət tezliklə hazırlayıb Milli Məclisə təqdim etməlidir: “Cənab prezident özü də çıxışlarında söyləyir ki, Azərbaycanda monopoliya, inhisarçılıq var. Hesab edirəm ki, hökumət tezliklə Rəqabət Məcəlləsini hazırlayıb bizə göndərməlidir.

 

2017-ci ilin çox çətin olacağını nəzərə alaraq bu məcəllənin tezliklə qəbul edilməsi ölkədə azad iqtisadi rəqabət mühitinin yaradılmasına şərait yaradacaq”.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI