Modern.az

Rusiya ilə Ukrayna arasında “raket” qalmaqalı

Rusiya ilə Ukrayna arasında “raket” qalmaqalı

Aktual

30 Noyabr 2016, 13:13

Ukraynanın Krım istiqamətində hərbi təlim məqsədilə raket buraxacağı təqdirdə, Rusiya cavab tədbiri görəcəyini bildirib.

 

Modern.az  xəbər verir ki,  bu barədə “Zerkalo nedeli” (zn.ua) saytı Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiyadakı hərbi attaşesinə bu barədə məktub təqdim edib.

 

Məktubda bildirilib ki, əgər Ukrayna Krım istiqamətində raket buraxarsa, Rusiya həmin raketləri vuracaq və buraxıcı qurğulara zərbə endirəcək.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI