Modern.az

Baş bankir: “Yeni sənəd hazırlanır, susmağımızın səbəbi budur” 

Baş bankir: “Yeni sənəd hazırlanır, susmağımızın səbəbi budur” 

30 Noyabr 2016, 13:35

“Maliyyə Sabitliyi Şurasında ölkənin yeni iqtisadi modeli haqqında sənəd hazırlanır və bunun detalları hələ ki, tam açıqlanmır.  Maliyyə Sabitliyi Şurasından ciddi iş və müzakirələr gedir”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.  

 

“Bütövlükdə makroiqtisadi sabitlik iqtisadi və sosial sabitliləşdirmə, yeni iqtisadi modelə keçməklə bağlı yeni sənəd üzərində işləyirik. Susmağımızın səbəbi budur. Bu sənəd razılaşdırılmayana qədər hələ ki, susmağa üstünlük veririk. Bütövlükdə Zahid Oruc və digər deputatların iradlarını qəbul edirik”-deyə o bildirib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu