“Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyasında 15 dəqiqə gecikmə ilə platformaya yaxınlaşan qatar sərnişinləri götürdükdən sonra yoluna davam edib. Lakin bu müddətdə vaqonun içərisində yanğın iyi hiss olunmağa başlayıb. Bu səbəbdən də sərnişinlər “Nəsimi” stansiyasında qatardan boşaldılıb, qatar depoya göndərilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, narahatlıq üçün heç bir əsas yoxdur:
“30 saylı marşrutda nasazlıq baş verib. Sərnişinlər qatardan boşaldılıb. Bundan sonra qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur”.
Gülşən RAUFQIZI