Modern.az

AMEA-da doktorluq imtahanları keçirilib

AMEA-da doktorluq imtahanları keçirilib

Aktual

30 Noyabr 2016, 13:56

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin doktorant və dissertantlarının fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilib. İki gün davam edən imtahanlarda 140-a yaxın doktorant və dissertant iştirak edib.


Modern.az xəbər verir ki, imtahanlar AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 10 noyabr 2016-cı il tarixli “Qış imtahan sessiyasının keçirilməsi haqqında” Sərəncamına əsasən AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində akademiya üzrə mərkəzləşdirilmiş qaydada, test üsulu əsasında baş tutub. Şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesinə video-müşahidə sistemi vasitəsilə nəzarət olunub.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI