“Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin birgə komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Baş bankir bildirib ki, hazırda üzən məzənnənin əsas prinsipləri gözlənilir:“Buna baxmayaraq, manatın öz dəyərini tapması üçün məzənnənin müəyyən səviyyədə idarə edilməsi siyasəti mövcuddur. Biz bu gün idarəetməni götürəcəyimiz təqdirdə manatın məzənnəsində nə baş verə biləcəyinə əmin deyilik.
Bizim gördüyümüz işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin arzu olunan səviyyədə sabitləşməsi, qiymətlərin sabitliyi, inflyasiyanın azaldılmasına hədəflənib. Bundan sonra inkişafa keçmək üçün kifayət qədər imkan olacaq”.
Ağa AKİFOĞLU