Modern.az

"Kripto" şifrəli ermənilər

"Kripto" şifrəli ermənilər

Dünya

30 Noyabr 2016, 15:12

Bundan öncəki məqaləmdə Türkiyədə  yaşayan ermənilərin kürd adı altlnda gizləndiklərindən yazmışdım. Budəfəki mövzumuz İstanbulda kimliklərini gizlədən ermənilərdəndi.
Türkiyədə "gizli ermənilər” adıyla tanınan sirli bir azlığın olduğunu burda çox insan bilir. Bunun üçün böyük araşdırmaya belə, gərək qalmır.

Təxminən bir əsrdir gerçək şəxsiyyətlərini gizləyən insanların böyük əksəriyyəti İslam dininin Sünnilik və Alevilik kimi müxtəlif məzhəblərini mənimsəyərək, Türk ya da kürd şəxsiyyəti altında yaşayır. Hətta Batmanın Sason mahalının kəndlərində yaşayan kiçik bir birlik xristianlıqlarını da gizlində qoruyurlar. Gizli ermənilərin sayını tam olaraq kimsə bilmir.

Onlarin  bir qismi babalarının ya da valideynlərinin erməni olduğunu qəbul etmir, hətta türk qonşuları kimi ermənilərə “gavur” belə, deyirlər. Erməni yepiskop Arem Ateşyan bununla bağlı bir neçə fikir səsləndirib. Onun sözlərinə görə, diyarbakırlı vəkil Mehmet Arkan 7 yaşına qədər ailəsinin erməni olduğunu bilmədən böyüyüb. Ta ki məhəllədəki kürd yoldaşıyla dalaşana qədər. Vəziyyəti atasından soruşduqda, deyilənlərin doğru olduğu bildirilir, amma kimsəyə də  söyləməmə tapşırılır.

1960-cı illərin sonuna qədər bölgədəki erməni kəndlilərinin kürdlərin mallarını mənimsəməmək və gənc qızları qaçırmalarının qarşısını almaq üçün  zaman-zaman  qarşıdurmalar yaşanıb.   Hətta argentinalı jurnalist Hadijan da bu mövzuyla bağlı məqalə yazıb. Erməni yepiskopunun sözçüsü Aram Ateşyan hətta Türkiyədə 100 mindən çox gizli erməni olduğunu da bildirib. Ateşyanın sözlərinə görə, onlar əsl kimliklərini gizlədirlər. Onlar kilsələrə də gizli gəlirlər. Yepiskopun sözçüsü deyir ki, guya ermənilər bununla təhlükəsizlikırini qoruyurlar. Qonsulara özlərini müsəlman kimi təqdirm edirlər. Məsələn, 2013-cü ildə 400 erməni yepiskopun  Diyarbakırdakı ayininə gedib. Ateşyan hətta bacısı və ailəsinin müsəlmanlığı qəbul etdiklərini və  kilsəyə gələrək, vaftiz olmadıqları üçün onlarla bütün münasibətləri kəsdiyini bildirib.

"Onların kimliklırində islam yazıldığı müddətcə, kilsəmə qəbul etmərəm".

“Gizi ermənilər uşaqlarına erməni olduqlarını nə zaman söyləyirlər” sualına isə Ateşyan belə cavab verib:

"Nənələr və babalar son nəfəslərində “mən erməniyəm” deyərək ölürlər".  

Ateşyanın bu açıqlamasından sonra tarixçi professor Yusif Halacoglu Modern.az-a Türkiyədə yaşayan "Kripto" şifrəli ermənilərdən danışıb. Onun sözlərinə görə, yepiskopun bu fikirləri absurddur.


"Hətta bacısınin ailəsi belə, yeni bir tarixdə xristian yazılan kimlik alıblar. Onların bu alqını yaratmaqda başqa məqsədləri var. Erməni olmaq suç deyil. Ölkəmizdə də özünü gizlətməyən ermənilərə heç bir basqı yoxdur. Kimliyini gizlədən ermənilər qondarma soyqırımı iddiasını sürdürən və yayan insanlardır. Bunların sayı 500 mindir. Biz cevrəmizdəki "kriptolar"ı çox yaxşı tanıyırıq. Hətta özünü kürd və alevi kimi tanıdan erməni aşirətlərindən də sizə danışmışam". 



Məhsəti Şərif

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU