Dekabrın 1-də Moskvanın Modern teatrında “Mənim əziz kişilərim” adlı tamaşanın premeyrası olacaq.
Modern.az xəbər verir ki, tamaşanın quruluşunu pyesin müəllifi və Azərbaycanın Xalq yazçısı, Rüstəm İbrahimbəyov verəcək.
Məşhur rejissor və ssenaristin bu səhnə əsərində 1 qadına aşiq olan 3 kişinin mübarizəsindən bəhs olunacaq.
Tamaşada baş rolları Rusiyanlın əməkdar artisti Yelena Syarodub, Aleksandr Jukov, Aleksey Baranov və Konstantin Konuşkin ifa edəcək.
Vüqar İSMAYILOV