Modern.az

Zakir Həsənov Sergey Şoyqu ilə əməkdaşlıq planı İMZALADI

Zakir Həsənov Sergey Şoyqu ilə əməkdaşlıq planı İMZALADI

30 Noyabr 2016, 15:46

Noyabrın 30-da Moskva şəhərində keçirilən MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

 

Müdafiə Nazirliyin mətbuat xidmətindən Modern.az -a verilən məlumata görə, görüşdə ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizliyin aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.


S.Şoyqu bildirib ki, hər iki ölkənin Müdafiə nazirlikləri beynəlxalq terrorla mübarizəyə qarşı birgə fəaliyyət göstərirlər. O, həmçinin hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan planların yerinə yetirildiyini vurğulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib və bu görüşün hər iki ölkə üçün səmərəli olacağını qeyd deyib.

 

Görüşün sonunda iki ölkənin Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI