2016-cı ilin noyabrın 25-də “Muğanbank” ASC-nin, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 21 “B”ünvanında yerləşən baş ofisində səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. Səhmdarların ümumi yığıncağında Muğanbankın nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunub və yekdil qərarla nizamnamə kapitalının 10 000 000 manat artırılmasına qərar verilmişdir.Emissiya başa çatdıqdan sonra Muğanbankın nizamnamə kapitalı 75 000 000 manat təşkil edəcək.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına,həmçinin //www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.