Modern.az

UNEC-in proqnozu: "Azeri Light" 98 dollaradək bahalaşacaq

UNEC-in proqnozu: "Azeri Light" 98 dollaradək bahalaşacaq

30 Noyabr 2016, 16:19

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb.

Universitetdən Modern.az-a verilən məlumata görə, ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb. Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mən­bə­lə­rinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-nin artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi konfliktlər, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib.

Tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib.

“Azeri Light” markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətinin UNEC proqnozu aşağıdakı kimidir:

İl

min

orta

max

2016

34

49.5

57

2017

48

65

81

2018

67

80,3

94

2019

62

76

79

2020

45

72

98

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu