Modern.az

Putin Trampla telefon danışığı HAQDA: “Belə nəticəyə gəldik ki...”

Putin Trampla telefon danışığı HAQDA: “Belə nəticəyə gəldik ki...”

Dünya

30 Noyabr 2016, 22:02

“Ağ Evə tezliklə yeni prezident gələcək. İnanmaq istərdik ki, bununla da münasibətlərimizi düzəltmək şansı yaranacaq”.

 

Modern.az saytının xarici KİV-ə istinadla xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, bu əlaqələr həm də beynəlxalq sabitlik və təhlükəsizliyin təminatı baxımından vacibdir.

Putin onu da xatırladıb ki, son illər Amerika ilə Rusiya arasındakı münasibətlər son dərəcə korlanıb.

“Amma bu, bizim günahımız deyil”-deyə o əlavə edib.

Rusiya lideri ABŞ-ın yeni prezidenti Donald Trampla etdiyi telefon söhbəti haqda da danışıb.

 

“Donald Trampla belə nəticəyə gəldik ki, Rusiya-ABŞ münasibətlərinin indiki qeyri-qənaətbəxş durumunu düzəltmək lazımdır. Rusiya bu yolun özünə məxsus hissəsini keçməyə hazırdır”.

 

Aqşin KƏRİMOV 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU