Modern.az

Dünyanın məşhur fizikləri Bakıda TOPLAŞACAQ

Dünyanın məşhur fizikləri Bakıda TOPLAŞACAQ

1 Dekabr 2016, 00:02

Bu il dekabrın 5-dən 9-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun təşkilatçılığı, AMEA-nın rəyasət heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (APCWQIS-2016) keçiriləcək.

AMEA-dan Modern.az-averilən məlumata görə, konfransda 50-dək yerli və xarici alimin iştirak edəcəyi və müxtəlif mövzularda mühazirələr oxuyacağı gözlənilir.

Qeyd edək ki, Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı bundan öncə Sinqapur, Koreya Respublikası, Avstraliya, Çin, İsrail, Malayziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu