Dekabrın 1-də gecə saatlarında Sverdlovsk vilayətinin Rej şəhər xəstəxanasında faciə baş verib.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, polis əməkdaşı xəstəxananın reanimasiya şöbəsinin rəhbərini çölə çağıraraq onu güllələyib.
Həkimin öldüyünə əmin olandan sonra polis öz həyatına da son qoyub.
Araşdırma zamanı məlum olub ki, polisin həyat yoldaşı Alyona K. də həmin xəstəxanada tibb bacısı işləyir.
Həkim və tibb bacısı uzun müddət sosial şəbəkədə yazışıblar. Bu yazışmanı əri görəndən sonra şöbə müdiri ilə şəxsən özü haqq-hesab çəkməyə qərar verib.
Modern.az