Modern.az

Milli Məclisdə büdcə müzakirələri BAŞLADI

Milli Məclisdə büdcə müzakirələri BAŞLADI

1 Dekabr 2016, 11:03

Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfini Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələri müzakirə etməyə başlayıb.

 

Modern.az-ın xəbərinə görə, "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları müzakirə ediləcək.

Xatırladaq ki, layihələrin dekabrın 6-da, 7-də və 8-də parlament iclaslarının müzakirəsinə çıxarılması gözlənilir.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu