Modern.az

“Yaşayış minimumu 19 manat artırılacaq”

“Yaşayış minimumu 19 manat artırılacaq”

1 Dekabr 2016, 11:44

“Gələn ilin yaşayış minimumu 14% və yaxud 19 manat artırılır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

 

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb. Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manat təşkil edir.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu