Modern.az

Samir Şərifov: “Gələn ilin büdcəsi mürəkkəb şəraitdə hazırlanıb”

Samir Şərifov: “Gələn ilin büdcəsi mürəkkəb şəraitdə hazırlanıb”

Aktual

1 Dekabr 2016, 11:45


“İqtisadi böhran nəticəsində bank sektorunda yaranmış problemlər, inflayasiyanın artması, manatın ucuzlaşamsı ölkədə makroiqtisadi vəziyyətin mürəkkəbliyini göstərir və büdcə də bu cür mürəkkəb bir şəraitdə hazırlanıb”.

Modern.az-ın xəbərinə görə, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil və Ailə Qadın və uşaq komitələrinin birgə iclasında büdcə layihəsinin müzakirə zamanı deyib.

Nazir əlavə edib ki, növbəti illərdə iqtisadiyyatın sabitləşməsi və inkişafı, maliyyə bazarının sabitləşməsi, qeyri-neft sektorunu inkiaşfına nail olmaqla ixracata nail olmaq, bununla da yaranmış problemləri aradan qaldırmaq kimi məslələr büdcə laiyhəsində əksini tapıb.


Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu