Modern.az

Atambayev: Rusiya hərbi bazası Qırğızıstanı tərk etməlidir

Atambayev: “Rusiya hərbi bazası Qırğızıstanı tərk etməlidir”

Aktual

1 Dekabr 2016, 12:26

"Rusiya Qırğızıstanın strateji tərəfdaşı olaraq qalacaq, lakin ölkəmiz hərbi sahədə öz gücünə arxalanmalıdır".

RİA Novosti-nin verdiyi məlumata görə, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev ilin yekunları üzrə mətbuat konfransında deyib.

Prezident bir neçə il əvvəl ABŞ hərbi bazasının ölkədən çıxarılmasını xatırladaraq bunu düzgün addım adlandırıb: “Həmin vaxtdan artıq beş il keçib və zaman göstərdi ki, bu, düzgün qərar olub. Qırğızıstan gələcəkdə yalnız öz gücünə arxalanmalıdır. Bu məsələ Rusiya hərbi bazasına da aiddir”.

Dövlət başçısı qeyd edib ki, müqavilə müddəti başa çatandan sonra Rusiya bazası da Qırğızıstan ərazisini “tərk etməli olacaq”.

A.Atambayevin sözlərinə görə, bu təklif Rusiya rəhbərliyi tərəfindən anlayışla qarşılanıb.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu