Modern.az

Hesablama Palatasının sədri ali məktəblərlə bağlı tələblər irəli sürdü

Hesablama Palatasının sədri ali məktəblərlə bağlı tələblər irəli sürdü

Aktual

1 Dekabr 2016, 12:47

“Dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılacaq. Nəzərə almaq lazımdır ki, dövlət ali təhsil müəssisələrinin də fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti yaranıb”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədov bildirib ki, özəl və ali təhsil müəssisələri əldə etdikləri gəlirləri vergi öhdəlikləri baxımından tam açıqlamalıdır:

“Hesab edirik ki, dövlət ali təhsil müəssisələri də özəl ali təhsil müəssisələri kimi əldə etdikləri gəlirləri vergi öhdəliklərinin bəyan edilməsi baxımından tam açıqlamalıdır. Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq 2010-2011-ci il tədris ilindən başlayaraq, mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri adambaşına maliyyələşmə prinsipini nəzərdə tutan dövlət sifarişinin yerinə yetirilməsində iştirak edirlər. Cari və əvvəlki illərin nəticələrinə əsasən qeyd olunmalıdır ki, dövlət ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dövlət büdcə gəlir və xərclərinin tərkibinə daxil edilməyən müvafiq göstəriciləri, o cümlədən gəlirləri və gəlirlərin əldə olunması ilə bağlı xərcləri, eləcə də digər öhdəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan olunmayıb”.



Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu