Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

1 Dekabr 2016, 13:02


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Arabir zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun yarımadada gecə  3-5° isti, gündüz  8-12° isti, Bakıda gecə  3-5° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütünundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət  80-90% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-dən 4-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti  olacağı gözlənilir.


Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu