Modern.az

Komitə sədri teatrlardan DANIŞDI: “Cüzi maaş alırlar”

Komitə sədri teatrlardan DANIŞDI: “Cüzi maaş alırlar”

Aktual

1 Dekabr 2016, 13:03

“İqtisadiyyatın dağılmış sahəsini qısa zamanda bərpa etmək olar. Ancaq təhsil və mədəniyyətin dağılmasını bərpa etmək üçün uzun illər tələb olunur”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov parlamentin n Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib. Deputat bildirb ki, dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da büdcə formalaşdırılarkən mədəniyyət sahəsinə ənənəvi baxış var: “Onu da bilməliyik ki, müdafiə sahəsi ölkə üçün nə qədər əhəmiyyətlidirsə və ona hansı diqqət göstərilirsə, mədəniyyətə də o qədər diqqət ayrılmalıdır. Mədəniyət də o qədər ölkə üçün əhəmiyyətlidir. Yəni mədəniyyət ölkəni, xalqın simasıdır . O baxımdan da büdcə formalaşdırılarkən mədəniyyətə ənənəvi yanaşmadan əl çəkməli, bu sahəni önə çəkməli və bu sahəyə diqqət yetirməliyik”- deyə, komitə sədri deyib.

 

“Düzdür büdcəni hansı şəraitdə hazırlanmasını anlayıram, ancaq bir daha deyirəm. Mədəniyyətə diqqət ayrılmalıdır. Ona görə ki, bu sahə digər sahələrdən ciddi fərqlənir. Baxın ölkə başçısı uzun illər diqqətdənkənar olan pambıqçılıq sahəsinin inkişafına göstərdiyi qayğı nəticəsində qısa zamanda bu sahədə uğurlar əldə edildi. Hazırda bu sahənin daha da inkişaf etdirilməsi üçün müasir texnologiyalara əsasən zavodlar tikilir. Lakin mədəniyyət , təhsil və elm sahəsi belə deyil. Çünki iqtisadiyyatda yaranan problemi, çatışmazlığı, sınıqlığı qısa zamanda bərpa etmək olur, ancaq təhsil və mədəniyyət sahəsində belə vəziyyət yarandıqda bunu qısa zamanda bərpa etmək mümkün olmur. Əgər təhsil və mədəniyyət sahəsindəki sınıqlar, problem yaranarsa, bunu bərpa etmək üçün uzun illər lazım olur. Necə ki, Hüseyn Cavid deyib qılınc ölkə üçün nədirsə, mədəniyyət də ölkə üçün o qədər vacibdir”.

 

Komitə vurğulayıb ki, maliyyə naziri Samir Şərifov və baş nazir Artur Rəsizadə mədəniyyətə bağlı nəsillərdən çıxıblar və onlar mədəniyyət sahəsinə vəsait ayrılarkən, bu məsələni nəzərə almalıdırlar: “Düşmənlərimiz torpaqlarımızı işğal etməzdən öncə, mədəniyyətimiz işğal ediblər. O baxımdan da nə musiqi məktbələri, nə də teatrlar bağlanmalıdır. Buna yol vermək olmaz. Mədəniyyət ocaqlarının bağlanması ölkədə mədəni düşüncənin formalaşmasına mənfi təsir göstərir. Teatrın bağlanamsına da yol vermək olmaz. Onsuz da onlar cüzi miqdarda maaş alırlar və onlar peşələrinin fanatlarıdırlar. Mədəniyyət sahəsində hansısa sınıqlığa yol vermək və onları bu sahədən ayrımağımızla əslində biz mədəniyyətə zərbə vurmuş olacağıq. Bir daha təkrar edirəm ki, bu sahədə qırılma olanda mütəxəssisi qısa zamanda yetişdirmək mümkün deyil. Odur ki, bu sahəyə diqqət yetirilməlidir. Onlara lazımi səviyyədə vəsait ayrılmalıdır”.

 

 Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu