Modern.az

Qarabağa səfər edən jurnalist XİN-dən üzr istədi

Qarabağa səfər edən jurnalist XİN-dən üzr istədi

1 Dekabr 2016, 14:03

İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, “Profil” jurnalının əməkdaşı Martin Ştaudinqer Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

 

Martin Ştaudinqer məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin həmin ərazilərin beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu şübhə altına almadığını vurğulayıb. O, Azərbaycan dövlətinin bu səfəri qanunsuz hesab etməsindən məlumatlı olduğunu qeyd edərək, buna görə üzr istədiyini bildirib.

 

Martin Ştaudinqerin media nümayəndəsi olmasını və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu