Modern.az

Uşaq bağçalarında  müştərək maliyyələşmə tətbiq oluna bilər

Uşaq bağçalarında  müştərək maliyyələşmə tətbiq oluna bilər

Aktual

1 Dekabr 2016, 14:27

Məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər.

Modern.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov deyib:

“Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da Prezidentin apardığı siyasətdir. Sosial yönümlü siyasət üstünlük təşkil edəcək.

Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə, ictimai nəzarətin tətbiqinə gətririb çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri də tətbiq oluna bilər” –deyə o əlavə edib.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu