Bu gün "Nəriman Nərimanov" stansiyasının keçidlərində "Metro Gallery" layihəsi çərçivəsində növbəti sərginin açılışı olub.
Modern.az xəbər verir ki, "Azərbaycan Rəssamları" adlanan sərgi "Bakikhanov Residence" komplekslər qrupunun dəstəyilə baş tutub.
Sərgidə ümumilikdə 37 müəllifin 90 əsəri nümayiş olunur. Bu "Metro Gallery" layihəsi çərçivəsində "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarının keçidlərində baş tutan sayca 6-cı sərgidir.
Gülşən RAUFQIZI