Modern.az

Tahir Kərimlinin partiyası bəyanat verdi: "Buna son qoyulsun!”

Tahir Kərimlinin partiyası bəyanat verdi: "Buna son qoyulsun!”

Aktual

1 Dekabr 2016, 14:50

Vəhdət Partiyasnın sədr aparatının növbədənkənar iclası keçirilib. Partiyadan Modern.az-a verilən məlumata görə, yığıncaqda son günlər “Vəhdət”in sədri, deputat Tahir Kərimliyə qarşı “hücumlar” pislənib və bəyanat qəbul olunub.

Bəyanatda deyilir:


“Etibar Hüseynov özü kimilərə istinad edərək Vəhdət Partiyasının sədri Tahir Kərimli haqqında  tərbiyəsiz ifadələr işlədib. Vəhdət Partiyasının çoxsaylı üzvlərinin mənafeyini ifadə edərək və partiyanın struktur rəhbərləri olaraq, mətbuat və internet vasitələrində sədrimiz haqqında şərəf və ləyaqəti alçaldan materialların verilməsinə etiraz edir və bina son qoyulmasını tələb edirik”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə mediada və sosial şəbəkədə özü barədə səsləndirilən mənfi fikirlərə belə münasibət bildirib:

“Təbiətdə bal arısı da, eşşək arası da var. Bülbül də var, əqrəb də. Kəpənək də, soxulcan da var. Təbiətin bu halına qarşı çıxmaq mümkün deyil. Ona görə də, tövsiyyə edirəm ki, parlament tarixinə və insanlığa ləkə olan bu mövcudiyyətlərlə bağlı mənə müraciət edilməsin, ürəyimi bulandırıb iyrəndirməsinlər”. 

 
Ağa Akifoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu