Modern.az

“Ermənistan Hamburqda görüş təklifinə cavab verməyib”

“Ermənistan Hamburqda görüş təklifinə cavab verməyib”

1 Dekabr 2016, 15:06

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın birgə mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, mətbuat konfarsnında azərbaycanlı nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalar verib.

 

“Ermənistan tərəfindən belə xoşagəlməz bəyanatların səsləndirilməsi sülh prosesinə mənfi təsir edir. Prezidentlərin Sankt-Peterburq görüşündə də, Nyu-Yorkda həmsədrlərlə birgə keçirilmiş görüşdə də biz müzakirələr aparmışıq ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdırlar. Statusla bağlı məsələyə gəldikdə, müxtəlif fikirlər səsləndirilir. Hamıya məlumdur ki, status məsələsini qaldırmaq sülh prosesini məhv etmək deməkdir. Növbəti mərhələdə biz deyə bilərik ki, Dağlıq Qarabağın azərbaycanlı icması da öz torpaqlarına qayıtsın, sonra status müzakirə oluna bilər. Çünki azərbaycanlı icmasız status məsələsini müəyyənləşdirmək mümkün deyildir. Yenə deyirəm, status məsələsini qaldırmaq sülh prosesini məhv etməkdir. Bu tip bəyanatlar sülh prosesinə mənfi təsir edir. Biz bir neçə dəfə açıqlama vermişik ki, biz imitasiya xarakterli danışıqlar aparmaq niyyətində deyilik. Biz sülh danışıqları üzərində işləməliyik. Fransa tərəfindən Hamburqda görüş təklifinə Ermənistan hələ də cavab verməyib. Bu o deməkdir ki, onlar ümumiyyətlə sülh prosesinə də dəstək vermirlər”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu