Türkiyə Böyük Millət Məclisi Rusiya ilə "Türk axını" qaz boru kəmərinin tikintisi layihəsi haqqında sazişi təsdiq edib.
Modern.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sənədin təsdiq edilməsinin lehinə 210 deputat səs verib, 7-si əleyhinə olub, 6 deputat isə bitərəf qalıb.
Yaxın günlərdə qanun Türkiyə Prezidenti tərəfindən imzalanmalıdır.
Modern.az