Vergilər Nazirliyi ölkədən çıxışına qadağa qoyulan fiziki və hüquqi şəxslərin yeni siyahısını dərc edib.
Modern.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, növbəti siyahı ilə daha 26 nəfərin Azərbaycandan çıxışı məhdudlaşdırılıb.
Beləliklə vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 439 nəfər, hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı isə 1041 nəfərə çatıb. Yeni siyahı ilə 15 nəfər fiziki şəxsin ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılıb.
Tam siyahı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
//www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf
//www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf
Gülşən RAUQFIZI