“Büdcə müzakirəsi zamanı populist, bir qrup insanın maraqlarına xidmət edən, havadan götürülən iddialardan və fikirlərdən uzaq, reallığa uyğun olaraq mövqeyimizi bildirməliyik”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, 2017-ci ilin büdcəsi sosial yönümlü olmaqla yanaşı ölkənin müdafiə və digər sahələrindəki qüdrətini daha da artırmağı qarşısına hədəf qoyub:
“Büdcə ölkəmizin növbəti illərdə qarşıda duran vəzifələri və yaxın gələcəkdəki strateji inkişaf hədəfləri,o cümlədən, iqtisadi sabitliyin qorunub saxlanması, müdafiə qabiliyyətinin gücləndirilməsi, milli təhlükəsizliyin təmin olunması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi nəzərə almaqla hazırlanıb.
Hesab edirəm ki, hökumətin müvafiq qurumları büdcəni formalaşdırarkən işlərinin öhdəsindən layiqincə gəliblər”.
Ağa AKİFOĞLU