Bir neçə gün əvvəl 16 yaşlı qız dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udub.
Onun mədəsindəki iynə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən çıxarılıb.
RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev Modern.az-a bildirib ki, həkim-mütəxəssislərimizin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılmış iynə xaric edilib. Prosedur fəsadsız başa çatdırılıb.
Gülşən RAUFQIZI