Modern.az

“İlham Əliyev ilk prezident olub ki.....”

“İlham Əliyev ilk prezident olub ki.....”

Aktual

2 Dekabr 2016, 13:13

“Bu gün dünyada gedən proseslər Azərbaycanda öz əksini tapır və öz təsirini göstərir. Prezident İlham Əliyev islahatların aparılması haqqında öz siyasi iradəsini ortaya qoyub və 2017-ci ilin büdcəsinə məhz həmin islahatlar konsepsiyası öz əksini tapıb ”.

 

Modern.az-ın xəbərinə görə, bunu 2017-ci il üzrə dövlət büdcə layihəsinin komitələrdə birgə müzakirəsi zamanı deputat Səməd Seyidov deyib. Komitə sədri bildirib ki, büdcənin bəzi istiqamətləri üzrə azalmalar: “Bəzi istiqamətlər üzrə azalmalar var. Ancaq bu azalmaların mahiyyətinə diqqətlə baxsaq görərik ki, bu azalmaların işin təşkil olunmasın müsbət təsir göstərəcək. Sənəddə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqında Azərbaycanın öhdəlikləri tam şəkildə yerinə yetirilməsi öz əksini tapıb. Bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur”.

 

Səməd Seyidov söyləyib ki, xarici və beynəlxalq tədbirlərin keçirilməsində ciddi idarə ortaya qoyulmalıdır: “Əksinə Azərbaycan respublikasının xaricdəki səfirlikləri , konsulluqları, diplomatik nümayəndəliklərinin saxlnaması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb və bu istiqamətdə ekstensiv inkişafın və ekstensiv dünyada səfirliklərin nümayəndəliklərin fəaliyyətinin əvəzinə intensiv fəaliyyət dövrünə keçməyimiz üçün müxtəlif adddımlar atılıb. Bu gün daha çox say yox, keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir”. Xatırladım ki, Azərbaycan Respublikasının prezidenti Vilnüs Sammitində Şərq Tərəfdaşlığı ölkələri içərisində ilk dövlət başçısı olub ki, Assosiasiya sazişinin imzalanması ilə bağlı qəti iradəsini ortaya qoyub. Bu il məhz Avropa Birliyi ilk dəfə Azərbaycanla münasibətləri tamamilə başqa tərzdə, ikitərəfli əlaqələrin formalaşması və yeni müqavilənin üzərində işə başlanması ilə bağlı bəyanat verdi. Cənab prezidentin xarici siyasəti bu tərzdə aparması həm XİN, həm də səfirliklər üçün konkret nümunə olmalıdır. Hesab edirəm ki. bu gün Azərbaycanın xarici siyasəti ölkə başçısının tövsiyə etdiyi istiqamətlər üzrə islahatları özündə ehtiva edən və Azərbaycanı post-neft ölkəsi kimi təqdim edən bir siyasətə çevrilməlidir. Bu büdcədə olan müddəalar və ayrılan pul hesab edirəm ki bu işin yüksək səviyyədə təşkil edilməsinə əsas yaradacaq. Ola bilsin deyəcəksiz ki, büdcədə müəyyən azalmalar var. Düzdü burada müəyyən azalmalar var. Lakin bu gün biz işimizi necə səmərəli təşkil edəcəyimizi fikirləşməliyik. Nəyə görə biz səfilriklərin, konsulluqların, diplomatik nümayəndələrin, xaricdə keçirilən tədbirlərin respublika səviyyəsində xarici qonaqların və digər işlərin təşkil olunmasında səmərəli iradəmizi ortaya qoymayaq? Ona görə düşünürəm ki büdcədən ayrılan vəsaitlər üzrə işimizi səmərəli təşkil etsəm əminəm ki, Azərbaycanın beynəlxalq əlaqələri heç də hansısa problem məsələləri qarşısında qalmayacaq əksinə öz inkişafını davam edəcək”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu