Modern.az

Gələn ilin büdcəsi Milli Məclisin iclasına tövsiyə olundu

Gələn ilin büdcəsi Milli Məclisin iclasına tövsiyə olundu

2 Dekabr 2016, 13:47

“2017-cı il üçün yaşayış minimumu haqqında”, " 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları parlamentin qarşıdan gələn plenar iclaslarına tövsiyə olunub.

Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O, bu günkü uzun müzakirələrdən sonra hökumət və deputatlarla birgə yekdilliklə gələn ilin dövlət büdcə layihəsinin parlamentin dekabr ayının 6,7 və 8-də baş tutacaq plenar iclaslarına tövsiyə olunduğunu bildirib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu