Azərbaycanda mənzil-kommunal sektorunun özəlləşdirilməsi təklif olunur.
Modern.az-ın xəbərinə görə, bu təkliflə bu gün parlamentdə 2017-ci il və növbəti üç il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyasının müzakirələri zamanı deputat Qüdrət Həsənquliyev deyib: “Mən başa düşmürəm, niyə indiyə qədər bu sektoru özəlləşdirməmişik?” Deputat “Azərenerji”, “Azəriqaz” və “Azəristiliktəchizat”ın özəlləşdirilməsinin vacibliyini deyib. Maliyyə naziri Samir Şərifov isə mənzil-kommunal sektorunun özəlləşdirilməsinin mümkün olduğunu bildirib: "Hazırda özəlləşmə proqamı hazırlanmır. Geniş özəlləşməyə hazırlıq görülür. Ziddiyyətli məqamlar da var. Ona görə də bu məsələyə hökumət tərəfindən baxılır".
Ağa AKİFOĞLU