Modern.az

Deputatdan TƏKLİF: “Doludağıdan qurğular alınmalıdır”

Deputatdan TƏKLİF: “Doludağıdan qurğular alınmalıdır”

2 Dekabr 2016, 14:46

Kənd təsərrüfatını doludan və güclü yağışdan qorumaq üçün mütləq yenidən doludağıdan qurğuları bərpa etməliyik.

 

Modern.az-ın xəbərinə görə, bunu deputat Tahir Kərimli Milli Məclis komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, son illərdə yay aylarında güclü dolu və yağışlar kənd təsərrüfatını ciddi ziyan vurur və bu ziyanın həcmi on milyonlarla manatla ölçülür. “Biz belə hadisələrin qarşısını almaq üçün mütləq sovet dönəmində olduğu kimi bulud və doludağıdan qurğuları yenidən bərpa etməliyik. Necə ki, sovet dönəmində Azərbaycanda bu sahə ilə məşğul olan müəssisə və qurğular var idi. Bu qurğular vasitəsi ilə bulud və olunun düşməsinin qarşısı alınırdı ki, kənd təsərrüfatına ziyan dəyməsin. Hesab edirəm ki, yenidən belə qurğular alınmalıdır”.

 

Tahir Kərimli vurğulayıb ki, Qarabağ hadisələri başlayanda və ordunun olmadığı dönəmdə 17 belə qurğunu Cəbrayıl rayonun aparıb: “Apardım ki, bu qurğular vasitəsi ilə ermənilərin hücumundan müdafiə olunaq. Amma sonradan bu qurğular necə oldu? Nə məqsədlə istifadə olundu bilinmədi. Ancaq onlar rayonlarda kənd təsərrüfatına dəyən ziyanın qarşısının alınmasına böyük işlər görürdü. Odur ki, hökumətdən xahiş edirəm bu məsləyə baxsın”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu