Modern.az

Bu yollarda sürət həddi aşağı salındı

Bu yollarda sürət həddi aşağı salındı

2 Dekabr 2016, 15:21

Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyi İcitmai Əlaqələr və Maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev məlumat verib.

 

O bildirib ki, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi  iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı  zolaqda 80 km/saatdan 60 km/saata endirilib. Eyni zamanda Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.

 

Gülşən RAUFQIZI

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu