Modern.az

Baş Prokurorluq baş redaktora xəbərdarlıq etdi

Baş Prokurorluq baş redaktora xəbərdarlıq etdi

2 Dekabr 2016, 16:00

“Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Politika.az” xəbər portalında müxtəlif başlıqlı məqalələrdətəbii qaz və elektrik enerjisinin satış qiymətlərinin tənzimlənməsi barədə Azərbaycan Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarına  ölkə ictimaiyyətinin guya etiraz etməsi barədə məlumatlar yerləşdirilməklə cəmiyyətdə çaşqınlıq yaradılmasına xidmət edən həqiqətə uyğun olmayan informasiyalar dərc edilib”.

Bu açıqlama ilə Baş Prokurorluğun mətbuat xidməti çıxış edib.

 

Bildirilib ki, Tarif Şurasının qeyd edilən qərarından sui-istifadə edən “Politika.az” xəbər portalı yaydığı informasiyalarda “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərini kobud surətdə pozaraq ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salmağa cəhd edib.

“Belə ki, həmin informasiyalarda Tarif Şurasının qərarının əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə xidmət etməsi, yaxın günlərdən etibarən ərzaq və digər məhsulların, eləcə də xidmətlərin qiymətinin qalxmasının qaçılmaz olması xüsusi qeyd edilməklə, vətəndaşların kütləvi şəkildə aksiyalarda iştirakı üçün açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilmişdir.

 

Göstərilənlərlə əlaqədar xəbər portalının rəhbəri Baş Prokurorluğa dəvət edilmiş, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına son qoyulması tələb edilməklə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir”.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu