Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya paytaxtına yollanır.
Modern.az Ermənistan mediasına istinadən bildirir ki, 1in saytı ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyandan keçmiş dövlət başçısına 2017-ci ildəki parlament seçkilərində hansı rol veriləcəyi ilə maraqlanıb.
Viktor Soqomonyan deyib: “Açıq danışsaq, mən onunla bu məsələni müzakirə etməmişəm. Əgər mənə bir həftə möhlət versəniz, dəqiqləşdirib, sizə məlumat çatdıraram”.
O qeyd edib ki, Robert Köçəryan Moskvaya gedir. Keçmiş prezident orada gələn həftə keçiriləcək “AFK Sistem”in direktorlar şurasının növbəti iclasında iştirak edəcək.
Robert Köçəryan 2009-cu ildən “AFK Sistemi”in direktorlar şurasının üzvüdür.
Modern.az