Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycana işgüzar səfər edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2-3 dekabr 2016-cı il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Bakıya işgüzar səfərdə olacaq.
Səfər çərçivəsində Mevlüt Çavuşoğlunun 3 dekabrda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.