Modern.az

UNEC ilə ABŞ universiteti arasında razılıq əldə olunub 

UNEC ilə ABŞ universiteti arasında razılıq əldə olunub 

2 Dekabr 2016, 16:49

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ABŞ-ın İllinoys Universiteti (UİC ) arasında gələcək əməkdaşlığa dair razılıq əldə edilib. 

 

UNEC-in rektoru, professor Ədalət Muradovla UİC-in prorektoru Robert Bariş və həmin universitetin professoru Konstantin Slavin arasında keçirilən görüşdə ikili diplom proqramının həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi-tədqiqat işlərinin təşkili, elmi məqalələrin yazılması, eyni zamanda video konfransların keçirilməsi ilə bağlı müzakirələr aparılıb və razılığa gəlinib. 

 

Sonda UNEC-in nümayəndə heyəti   İllinoys Universitetinə dəvət edilib.  Görüşün əsas məqsədi UNEC ilə dünyanın nüfuzlu universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. " The Times Higher Education World University then Rankings " son is in hesabatına görə, Çikaqo ştatında yerləşən UİC   dünyanın 200 ən yaxşı universiteti arasında yer alıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu