Modern.az

Sağlamlığa ən faydalı idman növlərinin adı AÇIQLANDI

Sağlamlığa ən faydalı idman növlərinin adı AÇIQLANDI

Dünya

2 Dekabr 2016, 20:36

İdmanla məşğul olmağın sağlamlığa xeyr verməsi sirr deyil. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər ən faydalı idman növünün adını açıqlayıb.

 

Beləliklə, üzgüçülər, tennisçilər və aerobika ilə məşğul olan insanlar ürək xəstəlikləri, insult və digər xəstəliklərdən daha az ölür.

Bu qənaətə gəlmək üçün alimlər orta yaşı 52 olan 80306 nəfəri 9 il ərzində müşahidə ediblər. Ümumilikdə, idman məşğuliyyətləri ölüm riskini 28% azaltsa da, bəzi idman növləri xüsusən fərqlənib.

 

Məsələn, tennis və skvoş idman şəxslərin ölüm riski heç bir idmanla məşğul olmayanlardan 47% az idi. Üzgüçülər 28%, aerobika ustaları isə 27% daha az ölürdü. Velosipedlə gəzinti ölüm riskini 15%, qaçış isə 13% azaldıb.

 

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU