Tovuzda dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
Kənd sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şəhla və onun gəlini 1978-ci il təvəllüdlü Lamiyə Hacıyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki qadın Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Modern.az