Modern.az

Parisdə 7 nəfər girov götürülüb

Parisdə 7 nəfər girov götürülüb

3 Dekabr 2016, 00:22

Fransanın paytaxtı Parisdə silahlı şəxs turizm agentliyində 7 nəfəri girov götürüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident barədə Paris polisi məlumat verib.

 

Hadisə Parisin şəhərin cənub-şərq hissəsindəki İtaliya meydanı yaxınlığında baş verib. Bura Parisdə insanların sıx olduğu yerlərindən biridir.

Bir məlumata görə, cinayətkar tapança ilə, digər bir məlumata görə isə bıçaq ilə silahlanıb. Girovlardan birinin bıçaqlandığına dair xəbər də yayılıb. Polis ərazini mühasirəyə alıb və qarətçilərlə danışıqlar aparır.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu