Ağdaş rayonunda ağır yol qəzası baş verib.
Modern.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 2-də saat 12 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Bakı şəhər sakini Yaşar Piriyev idarə etdiyi "Nisaan" markalı avtomobili aşırıb.
Nəticədə sərnişini, anası Mərcan hadisə yerində ölmüş, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Modern.az