Modern.az

“Prezidentlərin Sankt-Peterburq görüşündən sonra canlanma gözləyirdik”

“Prezidentlərin Sankt-Peterburq görüşündən sonra canlanma gözləyirdik”

3 Dekabr 2016, 13:21

“Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayənsi Anjey Kasprşiklə danışdım. Amma Ermənistanın Hamburqda ATƏT-in xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda görüşə razılıq verməsi barədə heç bir xəbər yoxdur”. 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazirin fikrincə, Ermənistanın bu addımı görüşdə söz deyə bilməyəcəyinin göstəricisidir.

“Azərbaycan xarici işlər nazirləri səviyyəsində görüşə hazırdır. Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur"

E. Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşündən sonra rəsmi Bakı danışıqlarda canlanma gözləyib.

“Amma təəssüflər olsun ki, bu, baş vermədi”-deyə o əlavə edib.

 

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu